Sabirabadda dəhşətli yanğın baş verib, 3-ü azyaşlı uşaq olmaqla bir ailənin 4 üzvü yanaraq ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 04.15 radələrində Sabirabad rayonunun Qaraqaşlı kəndində kənd sakini Abdulkərim Murtuzayevə məxsus evdə qeydə alınıb. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin oğlu - Valehin və 3 azyaşlı nəvələrinin yanmış meyitləri tapılıb. A. Murtuzayev və gəlini Emiliya isə yanıq xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB