Xətai rayonunda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xətai rayonu ərazisində Bakı şəhər sakinləri Səid Nuriyev "Mercedes" markalı avtomaşını idarə edərkən onu ağaca vurub. Nəticədə sərnişinlərdən Bakı şəhər sakini Esmira Tarbəyova hadisə yerində ölüb, sürücü və digər sərnişin Elza Hüseynova yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB