Bakıda mənzildə kişi meyidi aşkar olunub

Bakıda mənzildə kişi meyidi aşkar olunub
Martın 26-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə mənzildə yaşlı kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1932-ci il təvəllüdlü Petrov İosif Kiriloviç köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıb. Mənzilə baxış keçirilərkən İ.Petrovun cəsədi aşkar olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə