Hadisə Yevlax-Ağdam avtomagistralının Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən ərazisində baş verib. SİA-nın Qarbağ bürosunun verdiyi xəbərə görə, Bərdədən Ağdama doğru hərəkət edən "Vaz 2107" markalı avtomaşın yol kənarında dayanmış eyni markalı avtomobillə toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkət etdən avtomobil idarəetməni itirərək yol kənarında dayananan digər avtomobilə çırpılıb. Hadisə nəticəsində beş nəfər müxtəlif bədən xəsarətlərilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Yaralıların ikisi stasionar üçü isə ambulator müayinə olunurlar.
Qeyd edək ki, xəstələrdən birinin vəziyyəti kafi, digərinin ki, isə orta ağır qiymətləndirilir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB