Sumqayıt şəhərində bədbəxt hadisə olub. Sumqayıt şəhər Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhər sakini, 46 yaşlı Xalidə Ağa qızı Süleymanova yaşadığı çox mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılıb. Nəticədə, o, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB