Paytaxtda istirahət mərkəzində yanğın olub

Paytaxtda istirahət mərkəzində yanğın olub

Bakıda istirahət mərkəzində yanğın olub. SİA-nın Föqvəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, yanğın Binəqədi rayonunda vətəndaşa məxsus "FİNİT" firmasının ümumi sahəsi 1500 kv.m olan "STAR" istirahət mərkəzində qeydə alınıb. Mərkəzin mətbəxinin, çamaşırxanasının və 7 ədəd istirahət otağının dam örtüyü 200 kv.m sahədə yanıb. İstirahət mərkəzinin qalan hissəsi, yanacaq doldurma məntəqəsi və ümumi 65 ton olmaqla 3 yanacaq çəni yanğından mühafizə olunub. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə