Şəmkirin Yeniabad kəndi yaxınlığında "Mercedes" markalı minik maşını "Oka" markalı avtomobillə toqquşub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, toqquşma nəticəsində \"OKA\" markalı minik avtomobilinin sürücüsü 1969-cu il təvəllüdlü M.Q.Qasımov və avtomobildə olan 1 nəfər şəxsiyyəti məlum olmayan sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.
Xilasedicilər müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobildən meyitləri çıxarıb aidiyyatı üzrə təhvil verib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB