Bakıda Rusiya vətandaşı avtomobillə piyadanı vurub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 22-də saat 19.00 radələrində Xətai rayonu Zığ küçəsində Rusiya Federasiyasının vətəndaşı Fəxrəddin Qasımov idarə etdiyi \"Mitsubishi\" markalı avtomaşınla Bakı şəhər sakini Qulamhüseyn Hüseynovu vurub. Nəticədə Q.Hüseynov hadisə yerində ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB