İmişli rayonunda kənd xəstəxanası yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, İmişli rayonu, Qaradonlu kəndində (rayon mərkəzindən 8 km aralı) ümumi sahəsi 385 kv.m olan birmərtəbəli kənd xəstəxanasının yanar konstruksiyaları və içərisindəki əşyalar 300 kv.m sahədə yanıb. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xaçmaz rayonunda isə ikimərtəbəli evdə yanğın baş verib. Belə ki, Xaçmaz rayonu, Xudat qəsəbəsində vətəndaşa məxsus hər mərtəbəsi 140 kv.m olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyü 140 kv.m sahədə və 2-ci mərtəbədə 2 otağın yanar konstruksiyaları və ev əşyaları 110 kv.m sahədə yanıb.
Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB