Şamaxıda avtomobil çaya düşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Şamaxı rayonu, Muğanlı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus \"Toyota\" markalı minik avtomobili Kalva çayını keçən zaman güclü çay axınına düşüb.
Avtomobildə köməksiz vəziyyətdə qalmış sürücü yanğınsöndürən xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB