Dəmir boruları oğurlamış şəxslər saxlanılıb

Dəmir boruları oğurlamış şəxslər saxlanılıb

\"Azərsu\" ASC-yə məxsus dəmir boruları oğurlamış şəxslər saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Abşeron RPŞ əməkaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də Ceyranbatan qəsəbəsi ərazisindəki \"Azərsu\" ASC-yə məxsus dəmir boruları oğurlamış Bərdə rayon sakinləri Şəmil Ziyadov və Nazim Quluzadə saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə