Bakıda və Zaqatalada piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib
Bakıda və Zaqatalada piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, martın 21-də saat 19:00 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Elmar Muradov \"Volvo\" markalı avtomaşını idarə edərkən şəhər sakini Bəxtiyar Bəşirovu vurub.
Martın 20-də saat 21:30 radələrində Zaqatala şəhəri ərazisində şəhər sakini Nazim İsayev \"ZAZ-110307\" markalı avtomaşını idarə edərkən yolu keçən Yuxarı Çardaqlar kənd sakini Kamal Şabanovu vurub.
Hər iki hadisə nəticəsində piyadalar hadisə yerində ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB