Tələbə yataqxanasında bıçaqlanma hadisəsi baş verib

Tələbə yataqxanasında bıçaqlanma hadisəsi baş verib

Tələbə yataqxanasında bıçaqlanma hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, martın 21-də Yasamal rayonu ərazisində, Bakı Dövlət Universitetinin 5 saylı yataqxanasında yaşayan Hörmət Usubov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

Yasamal RPİ 28-ci PB əməkaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində Bakı şəhər sakini Gəray Həşimov tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə