Balakəndə 25 yaşlı qadın intihar edib. Balakən rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata əsasən rayonun Gərəkli kənd sakini, bir uşaq anası, 25 yaşlı Rəsmiyə Həsənova yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asıb.
Rəsmiyyə Həsənovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB