Yol qəzası yenə can aldı

Ötən gün saat 19:00 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun 160-cı kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən xəbərə görə, Qubanın I Nügədi kənd sakini Elçin Paşa oğlu Nəbiyevin idarə etdiyi "Mercedes" markalı 90 AV 526 dövlət nömrə nişanlı avtomobil yolun sağ tərəfində maneəyə dəyərək aşıb.

Hadisə nəticəsində ağır yaralanan sürücü xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə