Telefon oğurçusu tutuldu

Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da metronun \"Nizami\" stansiyasında Bakı şəhər sakini Gülnar Zülfüqarovaya məxsus mobil telefonu çantasından oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlham Tağıyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə