Bayram gecəsi Azərbaycanda dəhşətli yol qəzası qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, martın 20-si axşam saatlarında Gəndob-Yalama yolunun 10-cu km-də, Şabran rayonunun Ağalıq kəndi ərazisində iki avtomobil toqquşub. Toqquşması nəticəsində bir ailənin 3 üzvü həlak olub, 5 nəfər yaralanıb. Belə ki, 41 yaşlı Ağalıq kənd sakini Əlibabayev Niyətəli Qəribağa oğlunun idarə etdiyi 17 BC 173 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı minik avtomobili qarşıdan gələn Rəhimli kənd sakini 23 yaşlı Ələsgərov Sərxan Şakir oğlunun idarə etdiyi 10 BL 884 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil ilə toqquşub.
Qəza nəticəsində Niyətəli Əlibabayev və 2 yaşlı oğlu Elmir Əlibabayev hadisə yerində keçinib. Onun həyat yoldaşı, 1982-ci il təvəllüdlü Əlibabayeva Telli Tahir qızı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Digər avtomobildə olanlar - Rəhimli kənd sakinləri 21 yaşlı Namiq Poladov, 24 yaşlı Kamran Paşayev, 30 yaşlı Rəhidxan Həmzəyev, 23 yaşlı Sərxan Ələsgərov, 22 yaşlı Cəfər Muradov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB