Şirvanda piyada maşınla vuruldu

Şirvanda piyada maşınla vuruldu

SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhəri Vidadi küçəsi ev 3-də yaşayan 1949-cu il təvəllüdlü Fətəliyeva Gülgəz Fətulla qızı axşam təxminən saat 20:30 radələrində evinə gedərkən Sabirabad rayon sakini 1989-cu il təvəllüdlü Ağamalıyev Camal Dəmir oğlunun idarə etdiyi VAZ 2107 markalı 90 FE 684 nömrəli avtomobillə vurulub. Piyadanın aldığı xəsarətlər ağır olduğundan xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Mərhum Gülgəz Fətəliyevanın qonşularının dediyinə görə, qadının həyat yoldaşı ağır yataq xəstəsi olduğu üçün mərhum 6 nəfərdən ibarət ailəni dolandırmaq üçün al-verlə məşqul olurmuş. Al-verdən qayıdarkən zavalı qadının həyatını itirməsi balalarının çörəksiz qalmasına səbəb oldu.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə