Bu gün 1994-cü il martın 19-da Bakı metropolitenində törədilmiş terror aktının 18-ci ildönümüdür. SİA-nın xəbərinə görə, həmin vaxt Bakı metropoliteninin "20 yanvar" stansiyasında törədilmiş terror aktı 14 nəfərin ölümünə, 49 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər almasına səbəb olub.
Qatar stansiyada dayanarkən ön vaqonda əldəqayırma partlacı qurğu işə düşüb. Partlayış terror aktnın icraçısı olan Oqtay Qurbanovun da həyatına son qoyub. İstintaq zamanı terror aktının Ermənistan xüsusi xidmət orqanlarının rəhbərliyi və separatçı ""Sədval" ləzgi milli hərəkatı"nın üzvlərinin birgə fəaliyyəti nəticəsində həyata keçirildiyi üzə çıxıb. Terror aktı faktı ilə əlaqədar 11 nəfər məhkum olunub. Onalardan ikisi ölüm hökmünə, doqquzu isə müxtəlif müddətə azadlıqdan məhrum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB