Şirvanda sərnişin mikroavtobusu aşıb - FOTO

Şirvanda sərnişin mikroavtobusu aşıb - FOTO

Bu gün səhər saatlarında Şirvanda sərnişin mikroavtobusu aşıb. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, Şirvan şəhərinin Heydər Əliyev prospektində sürücü 1948-ci il təvəllüdlü Qurbanov Rəsul Mahmud oğlunun idarə etdiyi "Mersedes" markalı 10 LT 846 nömrəli sərnişin daşıyan mikroavtobusla sürücü İmanov Rahil Soltanağa oğlunun idarə etdiyi "İsuzu" markalı 10 XE 623 nömrəli yük daşıyan maşın toqquşub. Hadisə nəticəsində içərisində sərnişin olan mikroavtobus aşıb. Məlumat üçün bildirək ki, mikroavtobusda olan sərnişinlərdən 1966-cı il təvəllüdlü Pirişova Çiçək Hüseyn qızı xəsarət alaraq Şirvan rayon xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə