Biləsuvarda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, Ələt-Astara yolunun 101-ci kilometrliyində baş verən hadisə zamanı "Mersedes" markalı 10 SE 422 nömrəli avtomobillə "Volkswagen" markalı 02 BJ 162 nömrə nişanlı minik avtomobili toqquşub. Hadisə zamanı "Mersedes"in sürücüsü 28 yaşlı Səmədov Rəşad Xeyrəddin oğlu xəsarət alaraq Masallı rayon xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı DYP-də araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB