Cinayətin üstü 19 il sonra açıldı

Cinayətin üstü 19 il sonra açıldı

Cinayətin üstü 19 il sonra açıldı. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, 1993-cü ilin iyul ayının 25-də Gədəbəy rayonunun Gərgər kəndi ərazisində müəyyən edilməmiş avtomaşınla kənd sakini İsa Məmmədov vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Gədəbəy RPŞ əməkdaşlarının bu il martın 14-də həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin \"QAZ-53\" markalı avtomaşının sürücüsü rayon sakini Rəhman Aslanov tərəfindən törədilməsi müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə