Gəncə şəhərində evi soymaq istəyən şəhər sakini həbs edilib. Kəpəz rayon Polis Şöbəsinin rəisi Ağahüseyn Məmmədovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən, 8 fevral tarixində Fəhrad Əliyev küçəsi bina 5 mənzil 8 də yaşayan milliyətcə rus olan Şirinova Anna Pavlovanın mənzilin qarət etməyə cəhd göstərən Gəncə sakini 1988 ci il təvəllüdlü Məmmədov Aqil Kamil oğlu həbs edilib. İlkin dindirilmə zamanı məlum olub ki, saxlanılan şəxs qadını bıçaqla hədələyərək ondan pul tələb edib. Əvəzində qadının səs-küy saldığını duyan oğru ev yiyəsinin üz və əl nahiyəsinə müxtəlif xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
Aqil Məmmədovu istintaqa ifadəsində hadisəni ehtiyac üzündən etdiyini deyib. Ancaq mənzildən heç nə götürə bilməyib. Hazırda saxlanılan şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi açılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB