Ağdaş rayonunda narkotik vasitə olan marixuananın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxs tutulub. Rayon Polis Şöbəsindən SİA-ya verilən məlumata görə Ağdaş şəhər sakini 1979-cu il təvəllüdlü Yusifov Elşad Məhərrəm oğlu bu gün səhər saatlarında şərti alıcıya çəkisi 9.186 qram qurudulmuş marixuananı satarkən polis əməkdaşları tərəfindən tutulub. Əvvəllər məhkumluq həyatı sürmüş E.Yusifov tutularaq istintaqa təhvil verilib, barəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB