Bir qız iki dostun bıçaqlanmasına səbəb oldu

Bir qız iki dostun bıçaqlanmasına səbəb oldu

Bərdədə iki dost qız üstündə bıçaqlanıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Zümürxan kəndində məskunlaşan Ağdam rayon məcburi köçkünləri - 25 yaşlı Mahir Məmmədov və həmyaşıdı Natiq Aslanov arasında mübahisə baş verib. Qız üstündə düşən mübahisə Zümürxan kəndi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ikimərtəbəli yaşayış binasının yaxınlığında baş verib. mübahisə sonda iki dostun bıçaqlanması ilə nəticələnib.

Bir neçə bıçaq xəsarəti alan iki dost Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyətləri qənaətbəxşdir.

Hadisə ilə bağlı dəqiq məlumat almaq üçün Bərdə Rayon Polis Şöbəsinə müraciət edilsə də zəruri istintaq tədbirlərinin davam etdiyini əsas gətirərək açıqlama verməkdən boyun qaçırılıb.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə