İlaxır çərşənbə günü sərxoş sürücü qəza törətdi - FOTO

İlaxır çərşənbə günü sərxoş sürücü qəza törətdi - FOTO

Şirvan şəhərində də İlaxır çərşənbə günü yeyib-içən sərxoş sürücü qəza törətdi. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, ötən gün axşam saat 22:50 radələrində Şirvan şəhərinin G. Şıxbala küçəsində sürücü 1978-ci il təvəllüdlü Cavadi Elşən Şəmsəddin oğlunun idarə etdiyi "VAZ 2107" markalı dövlət qeydiyyat nişan nömrəsi 50 CF 052 olan avtomobillə hələlik kimliyi məlum olmayan sürücünün idarə etdiyi "VAZ 21015" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomabilə ciddi ziyan dəysə də naməlum sürücü hadisə yerindən qaçıb. Jiquli markalı avtomobilin sürücüsü Cavadi Elşən xəsarət aldığı üçün Şirvan şəhər mərkəzi xəstəxanasına gətirilib. Xəstəxanada xəsarət alan Cavadi Elşən bildirib ki, digər avtomobilin sürücüsü tam sərxoş vəziyyətdə olduğu üçün ayaqüstə dayana bilmirdi. Ona görədə hadisə yerindən qaçıb.

Qeyd edək ki, hadisə ilə bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə