İlaxır çərşənbə günü qəzasız ötüşmədi - FOTO

İlaxır çərşənbə günü qəzasız ötüşmədi - FOTO
İlaxır çərşənbə günü qəzasız ötüşmədi. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, bayram günündə Hacıqabulun Padar kəndi ərazisində baş verən ağır yol nəqliyyat hadisəsi zamanı 75 yaşlı nənə canını tapşırıb.

Belə ki, hadisə Bakı Qazax yolunun 162-ci kilometrliyində Hacıqabulun Padar kəndi ərazisində Bakı şəhər sakini sürücü 1980-cı il təvəllüdlü Ağayev Emil Yusif oğlu idarə etdiyi VAZ 21015 markalı dövlət qeydiyyat nömrəsi 90 CT 245 olan avtomabillə Göyçay rayonu istiqamətinə hərəkət edərkən qarşıdan əks istiqamətə gələn Türkiyə vətəndaşının idarə etdiyi yük maşını olan TIR-la toqquşub. Nəticədə VAZ 21015 markalı avtomobilin sürücüsü Emil Ağayevin yanında olan 1937-ci il təvəllüdlü nənəsi Xəlilova Rəqibə Rza qızı hadisə yerində dünyasını dəyişib. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB