Qatarda oğurluq edən şəxs həbs edilib

Qatarda oğurluq edən şəxs həbs edilib
Qatarda oğurluq edən şəxs həbs edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bakı şəhər sakini Ramil Muradov müraciət edərək martın 11-də Bakı-İmişli elektrik qatarında naməlum şəxs tərəfindən aldadılaraq 2 ədəd mobil telefon və 47 manat pulunun alınmasını bildirib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İmişli rayon sakini Sakit Əhmədov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə