Oğru dostlar həbs olunub

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri ötən gün həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Suraxanı rayon Pİ 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakinləri Valeh İbrahimov və Orxan Məmmədli martın 12-də polis əməkdaşları tərəfindən həbs olunub.

Qeyd edək ki, oğru dostlar 2011-ci il dekabrın 22-də Bakı şəhər sakini Firəngiz Abbasovaya məxsus Hövsan qəsəbəsi E.Qasımov küçəsində yerləşən mağazadan pəncərədən daxil olma üsulu ilə 1300 manat, danışıq kartları və ərzaq malları oğurlayıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə