Paytaxt sakini özünü dənizə atmağa cəhd göstərib

Paytaxt sakini özünü dənizə atmağa cəhd göstərib

Bakı şəhər sakini özünü dənizə atmağa cəhd göstərib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə martın 12-də Səbail rayonu ərazisində, Milli Parkda qeydə alınıb.


Belə ki, Bakı şəhər sakini Təranə Nəsibova intihar məqsədi ilə özünü dənizə atmağa cəhd göstərib. Lakin Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində intihara cəhdin qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə