Bakıda sərnişin avtobusu aşıb

Bakıda sərnişin avtobusu aşıb

Paytaxtda sərnişin avtobusu qəzaya uğrayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən xəbərə görə, bu gün səhər saatlarında Nizami rayonu, Şərifli küçəsi, 74 ünvanında Bakı şəhər sakini Fərhad Hüseynovun idarə etdiyi 191 saylı xətt avtobusu yolun sürüşkən olması səbəbindən yoldan çıxaraq aşıb.


Hadisə nəticəsində avtobusda olan 6 sərnişin xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə