Yüksək sürət yenə can aldı

Tərtərdə ölümlə nəticələnən yol qəzası hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yüksək sürətlə hərəkət edən "Mersedes" markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Şahidlərin sözlərinə görə, avtomobil ötmə əməliyyatı zamanı gecikdiyindən əks tərəfdən gələn avtomobillə toqquşmadan qaçmaq üçün yolun tamamilə sol tərəfinə keçib.Yolun soluna çıxandan sonra torpaq yola düşən avtomobil sürüşərək idarəetməni itirib. Nəticədə yolun solundakı daş karxanasına məxsus dərəyə yuvarlanıb.


Məlumat üçün bildirək ki, avtomaşında olan sərnişin elə hadisə yerindəcə dünyasını dəyişib. Avtomobilin sahibi, 1953-cü il təvəllüdlü Goranboy rayon sakini Hümbətov Əvəz İman oğlu isə ağır bədən xəsarətləriylə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkim müdaxiləsindən sonra şokdan çıxan yaralının vəziyyəti orta ağır olaraq qalır.


Qeyd edək ki, hadisəylə bağlı cinayət işi açılıb, avtotexniki ekspertiza təyin olunub. Araşdırmalar aparılır.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə