SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gecə 22:45 radələrində Şirvan şəhərinin Z.Hacıyev küçəsində VAZ 2107 markalı dövlət qeydiyyat nişan nömrəsi 90 KX 171 olan, sürücüsünün isə kimliyi hələlik məlum olmayan avtomobil yüksək sürətlə hərəkət etdiyi üçün idarəetməni itirərək 46 saylı Dairə Seçki Komissiyasının inzibati binasının qarçısında olan bağçanın dəmir barmaqlıqlarına dəyib.
Nəticədə maşın tam yararsız vəziyyətə düşdüyü halda avtomobilin içərisində 4 nəfər Şirvan sakini olan gənclərdən 2-si ağır yaralanaraq Şirvan Mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralılardan 1986-cı il təvəllüdlü Hacıyev Elnur İslam oğlu reanimasiya şöbəsinə, digəri 1986-cı il təvəllüdlü Ağayev Aqşin Aydın oğlu isə travmatologiya şöbəsinə yerləşdirilib.
İlkin müaiyinə zamanı həkimlər Aqşin Ağayevin sərxoş olduğunu müəyyən ediblər. Digər yaralı reanimasiyada olduğundan sərxoş olub-olmaması müəyyən etmək mümkün olmayıb.
Hadisə yerinə Yol Polisləri gələrək avtomobili idarə edən sürücünün kimliyini müəyyənləşdirmək üçün araşdırma aparırlar.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB