Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 47 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, onların da 30-u "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 27 cinayətin üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB