Yol qəzası can aldı

Bakıda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. Naməlum avtomobil yolu keçmək istəyən piyada, 45 yaşlı Telli Bayramovanı vuraraq hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hazırda polis piyadanı vuran avtomobilin müəyyən edilərək saxlanılması istiqamətində tədbirləri davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə