Bakıda cibgirliklə məşğul olan qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, 2011-ci il sentyabrın 28-də 81 saylı avtobusda Bakı şəhər sakini Zərqələm Fərhadovanın əl çantasından 255 manat, dekabrın 23-də isə Naxçıvanski küçəsində yerləşən bazarda Tofiqə Məmmədovanın əl çantasından 217 manat oğurlanıb.
Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zenfira Şabanova martın 9-da tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB