Kəndli minaya düşdü

Ağdamın Mirəşelli kəndi ərazisində əkin sahəsində yer şumlayan traktor tank əleyhinə minaya düşüb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, təmas xəttinin bir neçə yüz metrliyində minaya düşən traktor od alaraq yanıb.

Partlayış baş verən ərazi ermənilərin nəzarəti altında olan postlardan aydın müşahidə olunduğu üçün yanan traktoru söndürmək mümkün olamyıb.

Hadisə nəticəsində rayonunun Çəmənli kənd sakini 33 yaşlı Rövşən Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı yerli sakinləri köməyi ilə dərhal Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Ayağından və qolundan xəsarət alan yaralıya bütün tibbi yardimlar göstərilib.

Qeyd edək ki, hazırda yaralının vəziyyəti sabitdir.



Şamxal Cəliloğlu








Bütün xəbərlər Facebook səhifəmizdə