Bərdə şəhərinin Nüşabə küçəsində Natiq Tahirliyə məxsus 2 mərtəbəli ev yanıb. Yanğın səhər saatlarında başlasa da ev sahibləri Bakıya toy mərasiminə getdiklərindən evdə heç kim olmayıb. Bu səbəbdən də hadisə haqqında Bərdə rayon Dövlət Yanğından Mühafizə xidmətinə bir qədər gec xəbər verilib.
Məlumat üçün bildirək ki, hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb edilsə də evin 110 kv metr sahəsindən 86 kv metri olmaqla 5 otaq içindəki əşyalarla birlikdə yanıb. Evin 1 otağının yanmasının qarşısı qismən alınıb.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırmaya başlanıb və ilkin ehtimala görə yanğının elektrik naqillərindəki qısaqapanmadan başladığı ehtimal edilir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB