Sabunçu rayon polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Akif İsmayılov martın 8-də yaxalanıb. Sabunçu rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, fevralın 29-na keçən gecə C.Cahangirov küçəsində İbrahim Qədiməliyevə məxsus "Ford" markalı avtomobildən şüşəni sındırma yolu ilə maqnitafon oğurlayıb.
Qeyd edək ki, bununla yanaşı A. İsmayılov martın 7-də Balaxanı qəsəbə sakini Bəxtiyar Əliyevə məxsus Şəhər şossesi yeni yaşayış sahəsində yerləşən sexdən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə laqonda, qaynaq aparatı və kompressor mənimsəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB