Xəzər dənizinin Azərbaycan sektorunda daha iki balıqçı itkin düşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, martın 7-də dənizin nəzarət olunmayan hissəsində balıqçı qayığının çevrilməsi nəticəsində iki balıqçının itkin düşməsi ehtimalının olduğu barədə nazirliyə məlumat daxil olub. Daxil olan məlumat əsasında qeyd edilən şəxslərin axtarışlarına nazirliyin dalğıc-xilasediciləri cəlb edilib.
Qeyd edək ki, fevralın 21-də Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxan 3 balıqçı itkin düşüb. İtkin düşən şəxslərin axtarışı aparılıb. Onlardan birinin cəsədi tapılaraq sudan çıxarıb
Qeyd edək ki, fevralın 21-də Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxan 3 balıqçı itkin düşüb. İtkin düşən şəxslərin axtarışı aparılıb. Onlardan birinin cəsədi tapılaraq sudan çıxarıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB