DİN Qazax rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb
Azərbaycan Daxili İşlər Nazirliyi Qazax rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, Qazax rayonunun Xanlıqlar kənd sakini, 52 yaşlı Dilbazi Rövşənə məxsus kafedə 26 yaşlı Fariz Osmanov ov tüfəngindən açılan atəşdən qətlə yetirilib, 27 yaşlı Tural Nəsibova isə küt alətlə xəsarət yetirilib. Hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb. Hadisənin törədilməsində şübhəli bilinən, sərxoş vəziyyətdə olan Ukrayna vətəndaşı 31 yaşlı Svyatodux Anastasiya və Dilbazi Rövşən saxlanılıblar. Faktla əlaqədar cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB