Bakı şəhər Baş Polis İdarəsi martın 5-də Bakıda baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. İdarədən SİA-ya verilən məlumata görə, saat 21.00 radələrində S.S.Axundov küçəsində Bakı şəhər sakini Alim Alışov idarə etdiyi 10 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı, 10TF 679 nömrə nişanlı avtobus 77 yaşlı Bahar Cəfərovanı və nəvəsi 7 yaşlı Vüsaləni vurub. Nəticədə B.Cəfərova hadisə yerində ölüb, V.Cəfərova isə xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB