Azərbaycanda itkin düşən 19 yaşlı qız Qarabağ kanalına düşüb

Azərbaycanda itkin düşən 19 yaşlı qız Qarabağ kanalına düşüb
Azərbaycanda itkin düşən 19 yaşlı qızın Qarabağ kanalına düşdüyü müəyyənləşib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə martın 3-də 1993-cü il təvəllüdlü Gülmirə Rafiq qızı Zülfəliyeva Ağcabədi rayonu, Sarıcalı kəndi ərazisindən keçən Qarabağ kanalına düşməsi barədə məlumat daxil olub. Nazirliyin dalğıc-xilasediciləri qeyd olunan şəxsin axtarışlarına cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə