Azərbaycanın Şəmkir şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "Land-Rover", "Mercedes", "VAZ-21015" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə, "VAZ-21015" markalı avtomobilin sürücüsü - 1989-cu il təvəllüdlü Şahmar Oqtay oğlu Nəzərli hadisə yerində ölüb. Həmçinin hadisə nəticəsində diametri 50 mm olan qaz xətti qaynaq yerindən qopub. Yanğınsöndürənlər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB