Dayə bir yaşlı uşağı öldürüb

Dayə bir yaşlı uşağı öldürüb

Abşeronda bir yaşlı uşağa ölümcül xəsarət yetirən dayə tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Tovuz rayon sakini Ziyafət Məmmədova fevralın 29-da 1 yaşlı Elmir Mehdiyevə ölümü ilə nəticələnən xəsarətlər yetirib hadisə yerindən qaçıb.

Abşeron rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərində kirayədə yaşayan dayə Məmmədova tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə