Qaraçuxurda kütləvi dava olub: ölən və yaralananlar var

Qaraçuxurda kütləvi dava olub: ölən və yaralananlar var

Bakıda bir qrup gənc arasında kütləvi dava olub. Daixili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, hadisə paytaxtın Qaraçuxur qəsəbəsində qeydə alınıb. Soyuq silahların da istifadə olunduğu davada bir neçə nəfər ağır bıçaqlanıb. Bıçaqlananlardan üçü qardaşdır. Onlar 24 yaşlı Orxan Xamıyev, 21 yaşlı Kamran Xamıyev və Fərrux Xamıyev xəstəxanaya yerləşdiriliblər. Yaralılardan O.Xamıyevin xəsarəti ağır olduğundan dünyasını dəyişib.

Hadisə yerinə Bakı şəhər Baş Polis İdarəsinin, şəhər Prokurorluğunun, Suraxanı rayon Polis İdarəsi və Rayon Prokurorluğunun əməkdaşları gəlib. Davada iştirak edən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat qrupu yaradılıb. Hadisənin motivi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə