Balakən rayonunda məktəbli qızın özünü güllələməsinin səbəbi məlum olub. SİA-nın verdiyi məlumata görə, rayonun Qullar kənd sakini Həvva Novruzova sevdiyi oğlanın onu atmasına dözməyərək özünü öldürməyə cəhd edib. Ötən gün onunla sevdiyi oğlan arasında mübahisə olub və evə gələn qız evlərində olan "TOZ 8" tüfəngi ilə döş qəfəsinə atəş açıb. H.Novruzova Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və orada onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Yaralının vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB