Tərtər rayonunun Kəngərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 210 kvadratmetr olan birmərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə nəticəsində evin böyük bir hissəsi yanıb. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, evdə maye qaz balonu partlayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB