Quba rayon prokuroru: “Qubada keçirilən etiraz aksiyası ilə bağlı 25 nəfər saxlanılıb”

Quba rayon prokuroru: “Qubada keçirilən etiraz aksiyası ilə bağlı 25 nəfər saxlanılıb”

"Quba rayonunda keçirilən etiraz aksiyası ilə bağlı 25 nəfər saxlanılıb". SİA-nın şimal bürosunun məlumatına görə, bunu Quba rayon prokuroru Nazim Hacıyev bildirib. Prokuror hazırda araşdırmaların davam etdiyini deyib. "Rayonda baş verən hadisələrlə bağlı hələlik cinayət işi başlanmayıb".

Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də Qubaya gəliblər. Rəsmilər rayonda yaranmış vəziyyətlə bağlı İcra Hakimiyyətində keçirilən toplantıya qatılıb. Toplantıda nəqliyyat naziri Ziya Məmmədov, və millət vəkili Vahid Əhmədov da iştirak edirlər.

Qeyd edək ki, Quba RİH-in başçısı Rauf Həbibovun internetdə yayılan video-çıxışına etiraz olaraq RİH binası qarşısında etiraz aksiyası keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə