Quba Rayon İcra Hakimiyyətinin (RİH) binası qarşısında etiraz aksiyası davam edir. SİA-nın şimal bürosunun məlumatına görə, hazırda aksiyanın keçirildiyi yerə Quba rayonunda seçilən millət vəkili Vahid Əhmədov və nəqliyyat naziri Ziya Məmmədov gəlib.
Qeyd edək ki, etirazçılar İcra başçısının Quba Olimpiya Kompleksinin qarşısında yerləşən evini qarşısına yürüş edirlər. Onları dağıtmaq istəyən polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Əraziyə Daxili Qoşunların əsgərləri cəlb olunub.
Xatırladaq ki, etirazçılar bir neçə gün əvvəl Quba RİH başçısı Rauf Həbibovun internetdə yayılan videosuna etiraz edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB